Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-12-21 09:40:00
Deputat Təhsil şöbələrinin ləğvini ALQIŞLADI  

Ötən gün Prezident İlham Əliyev Təhsil Nazirliyinin strukturunda dəyişiklik edib. Ölkə başçısının imzaladığı sərəncamlarla rayon Təhsil şöbələri ləğv olunaraq, onların bazasında regional idarələr yaradılıb.

 

AzEdu.az xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov Təhsil şöbələrinin ləğvini və təhsildə idarəetmənin regionallaşmasını bu sahədə nəzarətə kənar müdaxilələrin minimumlaşdırılması, şəffaflığın artırılması və idarəetmənin səmərəliliyinin daha da yüksəldilməsi baxımdan vacib olduğunu bildirib:

 

Onun sözlərinə görə, sözügedən sərəncamda yaradılan regional formatda idarələr digər sektorlarda, o cümlədən yerli idarəetmə sisteminin təkmilləşdirilməsi baxımdan da məqsədəuyğun olar:

 

“Bir müddət öncə, Azərbaycan Prezidentinin sərəncamı ilə Qarabağ İqtisadi Rayonu üzrə xüsusi nümayəndə təyin olunmuşdu. Bu, yerli idarəetmənin iqtisadi rayonlar üzrə transferi baxımdan yeni yanaşma kimi də qiymətləndirilir. Bu kontekstdən, təhsil sektorunda idarəetmənin təkmilləşdirilməsi institutsional islahat kimi xarakterizə olunmalıdır”.