Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-12-20 12:00:00
Nazir müavini: “132 min doktorant və tələbənin təqaüdü artırılıb”

Növbəti ildən sosial ödənişlərin artımları üçün müvafiq maliyyə vəsaitləri nəzərə tutulub. Bugünkü Sərəncam və Fərmanlar 732 min şəxsin sosial ödənişlərinin artımına səbəb olacaq.

 

AzEdu.az xəbər verir, bu barədə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov bildirib.

Onun sözlərinə görə, bu artımlar üçün illik əlavə 200 milyon manat ayrılıb.

Sərəncam və Fərmanlar əlilliyi olan şəxslər, sağlamlıq imkanları məhdud uşaqlar və onlara qulluq edən şəxslər, pensiya hüququ qazana bilməyib yaşa görə müavinət alanlar, ailə başçısını itirməyə görə, müddətli hərbi xidmətdə olanların övladlarını, valideynlərini itirmiş uşaqların qəyyumlarını, 5-dən çox uşağı olan ailələri əhatə edir: “Eyni zamanda, ölkədə hazırda 59 min şəxs ünvanlı dövlət sosial yardım alır, onların da bir yaşa qədər uşaqlarının müavinətləri də artırılacaq”.

O qeyd edib ki, bugünkü Sərəncam 132 min doktorant və tələbəni əhatə edəcək