Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-12-18 14:00:00
Gənclərin çağırışaqədərki hazırlıq rəhbərlərinin maaşları artırılıb

Dövlət ümumi təhsil müəssisələrində çalışan gənclərin çağırışaqədərki hazırlıq rəhbərlərinin aylıq vəzifə maaşları orta hesabla 40 faiz artırılır. Belə ki, onların maaşları 480-500 manat olacaq.

 

Bunu təhsil nazirinin müavini İdris İsayev təhsil işçilərinin əməkhaqlarının artırılması ilə bağlı təşkil edilən canlı yayımda deyib. O bildirib ki, Azərbaycan dövlət ümumi təhsil müəssisələrində təxminən 3 min 300 gənclərin çağırışaqədərki hazırlıq rəhbəri işləyir.

 

Xatırladaq ki, Prezident İlham Əliyev dekabrın 17-də “Dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, o cümlədən həmin müəssisələrin direktor və direktor müavinlərinin, habelə gənclərin çağırışaqədərki hazırlıq rəhbərlərinin əməkhaqlarının artırılması haqqında” və “Dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, o cümlədən gənclərin çağırışaqədərki hazırlıq və fiziki tərbiyə rəhbərlərinin, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin əməkhaqlarının artırılması haqqında” sərəncamlar imzalayıb.

 

AZƏRTAC