Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-12-18 13:29:00
2022-ci ildə peşə təhsili müəllimlərinin əməkhaqqı artımına 6,6 milyon manat ayrılıb

2022-ci ildə peşə təhsili müəllimlərinin əməkhaqqı artımına 6,6 milyon manat ayrılıb.

 

Bunu təhsil nazirinin müavini İdris İsayev təhsil işçilərinin əməkhaqlarının artırılması ilə bağlı təşkil edilən canlı yayımda deyib.

 

O bildirib ki, dövlət peşə təhsili müəssisələrində təxminən 5 min nəfər çalışır. Onların böyük bir hissəsini müəllimlər təşkil edir. Peşə təhsili müəssisələrində işləyən ali təhsilli müəllimlərin aylıq maaşları təxminən 690-700 manat olacaq.

Xatırladaq ki, Prezident İlham Əliyev dekabrın 17-də “Dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, o cümlədən həmin müəssisələrin direktor və direktor müavinlərinin, habelə gənclərin çağırışaqədərki hazırlıq rəhbərlərinin əməkhaqlarının artırılması haqqında” və “Dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, o cümlədən gənclərin çağırışaqədərki hazırlıq və fiziki tərbiyə rəhbərlərinin, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin əməkhaqlarının artırılması haqqında” sərəncamlar imzalayıb.

 

AZƏRTAC