Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-12-18 12:57:00
Əməkhaqqı artımı məktəbdənkənar təhsil müəssisələrində işləyənlərə də şamil ediləcək

Məktəbdənkənar təhsil müəssisələrində ümumilikdə 9 min nəfər işləyir. Prezident İlham Əliyevin Sərəncamına əsasən 2022-ci il yanvarın 1-dən onların əməkhaqları da 20 faiz artırılacaq.

Bunu, təhsil nazirinin müavini İdris İsayev təhsil işçilərinin əməkhaqlarının artırılması ilə bağlı təşkil edilən canlı yayımda deyib. O bildirib ki, orta ixtisas təhsili müəssisələrində 7 min nəfər müəllim işləyir. Onların əməkhaqlarında 2022-ci il yanvarın 1-dən 20 faiz artım olacaq.

Xatırladaq ki, Prezident İlham Əliyev dekabrın 17-də “Dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, o cümlədən həmin müəssisələrin direktor və direktor müavinlərinin, habelə gənclərin çağırışaqədərki hazırlıq rəhbərlərinin əməkhaqlarının artırılması haqqında” və “Dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, o cümlədən gənclərin çağırışaqədərki hazırlıq və fiziki tərbiyə rəhbərlərinin, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin əməkhaqlarının artırılması haqqında” sərəncamlar imzalayıb.

 

AZƏRTAC