Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-12-17 13:17:00
Marsda böyük buz yataqları aşkar olunub

böyük buz ehtiyatları aşkar edib.

 

AzEdu.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının saytında məlumat yayımlanıb.

 

Tədqiqatın nəticələri “Icarus” elmi jurnalında dərc olunub.

 

Astronomların fikrincə, vadinin “Kandor xaosu” adlanan hissəsində səthə yaxın süxurlarda suyun nisbəti azı 40 faiz təşkil edir. Bu isə o deməkdir ki, buz xalis halda orada yerləşir və heç bir mineralın tərkibində gizlənmir.

 

Alimləri düşündürən isə Marsın bu hissəsində buzun necə sabit qalmasıdır. Halbuki nəzəriyyəyə görə, buz yataqları tədricən buxarlanmalı idi.

 

Onların fikrincə, bu, ya Mariner vadiləsindəki nadir iqlim və geoloji şəraitdən, ya da yerli su ehtiyatlarının daim yeniləndiyindən xəbər verir.