Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-12-16 13:50:00
Təhsil Nazirliyinin qrant müsabiqəsi üzrə AzTU-nun qalib olduğu layihənin ilk görüşü keçirilib

Təhsil Nazirliyinin “Ali və orta ixtisas təhsilinin 2021/2022-ci illər üzrə inkişafı” mövzusunda  keçirdiyi qrant müsabiqəsi üzrə Azərbaycan Texniki Universitetinin (AzTU) qalib olduğu layihənin icrası ilə bağlı ilk görüş keçirilib. 

 

AzEdu.az xəbər verir ki, örüşdə AzTU-nun layihə üzrə komanda heyəti, Azərbaycan Respublikasının Təhsil İnstitutunun (ARTİ) və Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) nümayəndələri iştirak edib. 

“AzTU-da prioritet mühəndislik ixtisasları üzrə professor-müəllim heyətinin akademik mobilliyinin səmərəli təşkili ilə elmi potensialın gücləndirilməsi və yüksək ixtisaslı kadr hazırlığının təmin olunması mexanizminin yaradılması” layihəsi mobillik yolu ilə professor-müəllim heyətinin elmi potensialını artırmağı nəzərdə tutur.  

Görüşdə layihənin konsepti, komponentləri üzrə mövcud və qarşıda duran məqsəd və vəzifələri müzakirə olunub. Həmçinin layihədən gözlənilən nəticələr haqqında tərəfdaşlara ətraflı məlumat verilib.