Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-12-09 12:04:00
 Məktəblilərin narkotik istifadəçisi olması əsassızdır -DİN  
"Məktəblilər və tələbələr arasında narkotik istifadəçiləri olması ilə bağlı sosial şəbəkə seqmentlərində yayılan iddialar əsassızdır. Bunu qəsdən yayırlar ki, çəmiyyətdə çaşqınlıq yaransın".
 
 
AzEdu.az xəbər verir ki, bunu DİN-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdürü  Elşad Hacıyev facebook səhifəsində yazıb
 
 
"Heç bir fakt yoxdur"
 
 
O bildirib ki,  "Valideynləri əmin edirik ki, daxili işlər orqanları tərəfindən şagird və tələbələrlə bağlı daxil olan bütün “siqnal”lar qeydi-şərtsiz yoxlanılır. Hətta “feyk-neys”-lar belə diqqətdən kənarda qalmır".
 
 
Elşad Hacıyev sonda qeyd edib ki, "Respublikamızın bütün təhsil ocaqları və onların yerləşdiyi küçələr daxil olmaqla, ərazi polis orqanlarının tam nəzarətindədir. Əməliyyat şəraitinin effektiv təminatına fasiləsiz nəzarət olunur".