Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-12-08 13:00:00
Peşə təhsilindəki maxinasiyaların həddi-hüdudu yoxdur-Etibar Əliyevdən növbəti sərt tənqid 

“Təhsil sistemində diqqətdən kənarda qalan pillələrdən biri peşə təhsilidir. Və burdakı maxinasiyaların həddi-hüdudu yoxdur”

 

AzEdu.az xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Etibar Əliyev özünün şəxsi feysbuk hesabında deyib.

 

Deputat bu istiqamətdə öz təkliflərini irəli sürərək, Peşə Təhsili Dövlət Agentliyinin maliyyə-təsərrüfat fəaliyyətinin Hesablama Palatası tərəfindən yoxlanılmasının ictimai-sosial-siyasi zərurət olduğunu bildirib:

 

- Dövlətin bu sahənin saxlanılması və inkişafına ayırdığı on milyonlarla manat vəsaitin sərfiyyat istiqamətləri dəqiqləşdirilsin

- Mal-materialın faktiki mövcudluğu ilə bağlı inventarizasiya aparılsın

- Torpaq sahələri və əmlakın sənədlərə uyğun varlığı yoxlanılsın

- Yanacaq və sürtgü yağlarının, təmir və təcrübə materiallarının müəssisələrə faktiki verilmə vəziyyəti araşdırılsın

- Peşə təhsili müəssisələri şagirdlərinə dövlət tərəfindən ayrılan təqaüdlərin verilməsində şəffaflıq müəyyənləşdirilsin

- Peşə təhsili müəssisələrində istehsal olunan məhsulların satışından əldə olunmuş vəsaitlərin sonrakı taleyi müəyyənləşdirilsin

- Əkilən torpaqların istifadəsinim qanunvericiliyə uyğunluğuna aydınlıq gətirilsin

Bununla belə:

- kadrların təyinat meyarları üzrə ixtisas uyğunluğu yoxlanılmalıdır.

- bir şəxsin bir neçə müəssisəyə rəhbərlik etməsinin qaranlıq məqsədlərinə aydınlıq gətirilsin.

- Son aylarda həbs olunmuş peşə təhsili müəssisələrinin rəhbərləri ilə ortaq məsuliyyət daşıyan, lakin məsuliyyətdən kənarda qalan şəxslərin dairəsi müəyyənləşdirilsin.