Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-12-06 12:02:00
Ölkə liderləri elm və texnologiyaya yatırım etməlidir-Əziz Səncər

“Masada qazanılan zəfəri qorumaq lazımdır. Bunun üçün vacib yol elm və texnologiyada qalib olmaqdır”.


AzEdu.az xəbər verir ki, bunu dünyaca məşhur biokimyaçı, Nobel mükafatı sahibi, türk əsilli alim Əziz Səncər Azərbaycanda keçirilən brifinqdə deyib.

 

Alim türk dünyası liderlərini elmə yatırım etməyə çağırıb:


“Əgər Türkiyə, Azərbaycan və ümumilikdə türk dünyası elm və texnologiyada qalib olarsa, biz nə müharibə meydanında, nə də masada məğlub olmarıq. Bu səbəblə son 5 ildir, əlimdən gəldiyi qədər bütün türk dövlətlərini ziyarət edir, orada dövlət idarəçiləri ilə görüşlər həyata keçirir və onlara elmə yatırım etməyin vacib olduğunu izah etməyə çalışıram”.