Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-12-06 10:30:00
Gənc müəllimlərlə adaptasiya proqramının ikinci mərhələsi başlayır

Dekabrın 6-dan həvəsləndirmə tədbirləri tətbiq olunmayan ümumi təhsil müəssisələrində çalışan gənc müəllimlərlə adaptasiya proqramına start verilir. 

 

AzEdu.az xəbər verir ki, proqram Təhsil Nazirliyi və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilir. 

 

Proqram çərçivəsində “Öyrədici mühitin yaradılması”, “Sinfin idarə olunması”, “Metodiki xidmətin təşkili”,  “Məktəbdaxili qiymətləndirmənin aparılması”, “Şagirdlərin motivasiyasının artırılması”, “Lider müəllim necə olmalıdır?”,  “Məktəb fəaliyyətinin təbliği”, “Təqdimat bacarığı və natiqlik”, “Müəllimin innovativ bacarıqları”, “Şagirdlərin inkişafı üçün əlverişli mühitin yaradılması” və s. mövzularda təlimlərin keçirilməsi nəzərdə tutulub.