Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-11-30 11:17:00
Təhsil Tələbə Kreditlərilə bağlı ən vacib detallar-ƏTRAFLI

Ölkəmizdə ilk dəfə tətbiq olunacaq Təhsil Tələbə Kreditlərinə müraciətlərin qəbulu davam edir.  

 

Bu ali təhsil sistemimizdə bir yenilik olduğu üçün tələbələrdə TTK ilə bağlı müəyyən qaranlıq qalan məqamlar ola bilər.

 

AzEdu.az Təhsil Tələbə Kreditləri ilə bağlı tələbələr tərəfindən ən çox ünvanlanan sualların cavablarını təqdim edir:

 

Təhsil Tələbə Kreditlərinə müraciət prosesi necədir və tələb olunan ərizə nömrəsi nədir?

 

- Tələbənin yaşı 18-dən kiçik olduqda valideynləri və ya himayəçisi ilə, 18-dən böyük olduqda isə özü notariat ofislərinə yaxınlaşıb razılıqlarını ərizəsi ilə təsdiq etməlidirlər. Bu ərizə Təhsil Tələbə Krediti(TTK) üçün müraciətə icazə verir. Razılıq ərizəsində həmçinin TTK  aldıqdan və bu vəsaiti tələb olunan məbləğdə geri qaytaranadək Fond və müvəkkil bank tərəfindən tələbənin fərdi məlumatları, əmlakları, gəlir və xərcləri barədə aidiyyəti qurumların informasiya sistemlərindən və ehtiyatlarından sorğu edərək məlumatın əldə edilməsinə dair razılıq öz əksini tapır.

 

Daha sonra tələbə kredit almaq üçün e-ttkf.edu.az poertalına daxil olub müraciətini göndərir, təhsil müəssisəsi müraciəti təsdiqlədikdən sonra sistem tələbənin kredit almaq hüququnu müəyyən edir.

 

Tələbələr e-ttkf.edu.az portalına necə daxil ola bilərlər?

 

-Portala giriş ASAN Login sistemi vasitəsilədir və sistemə giriş üçün 3 üsul mövcuddur: “İndetifikasiya nömrəsi”, “Asan İmza”, “Elektron İmza”.

 

Əyani formada ödənişli əsaslarla təhsil alan tələbələr TTK-nın uyğun olduqları standart, yaxud sosial növündən yararlana bilər.

 

-Tələbə semestr üçün hansı məbləğdə kredit ala biləcək?

 

-Semestr üçün kreditin məbləği hər tədris ili üçün ayrı-ayrı təhsil səviyyələri, təhsil müəssisələri və ixtisaslar üzrə tələbə qəbuluna dair Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Sərəncamları ilə təsdiq edilmiş illik təhsil haqqının yarısı miqdarında müəyyən edilir.

 

Məsələn, sosial kredit üzrə illik təhsil haqqı 2000 manatdırsa, semestr üçün kredit 1000 manat olacaqdır. Standart kredit üzrə isə bu məbləğ birinci semestr 600 manat (2000/2-2000*20%), ikinci semestr isə 1000 manat olacaqdır.

 

Sosial kredit almaq hüququ olan tələbənin ödədiyi təhsil haqqı tam məbləğdə və standart kredit almaq hüququ olan tələbənin ödədiyi təhsil haqqı məbləğinin isə illik təhsil haqqının 20 faizindən çox olan hissəsi TTK verilən zaman nəzərə alınmayacaqdır. Bu vəsait təhsil müəssisəsi tərəfindən tələbəyə geri qaytarılmalıdır.

 

-Kreditlər neçə faizlə verilir?

 

- Sosial kreditlər üzrə illik fazir dərəcəsi 2%,standart kredtilər üzrə isə 6% olaraq müəyyən edilmişdir.

 

-Kreditlərin növləri üzrə tələbələr üçün nə kimi güzəştlər tətbiq ediləcək?

 

- Bu, iki hissəyə bölünür. Sosial kreditlərdən faydalanan tələbənin müvəffəqiyyət göstəricisi 71 və daha çoxdursa, bu zaman həmin semestr üçün ona faiz hesablanmayacaq. Əgər tələbə bütün təhsil müddətində müvəffəqiyyət göstəricisi 91 baldan yuxarıdırsa,bu zaman ona verilən kredit və ona hesbalanmış məbləğə 50% güzəşt ediləcək.

 

Standart kreditlərdə isə müvəffəqiyyət göstərici 71 və daha çoxdursa bu zaman həmin semestr ona kredit faizi hesablanmayacaq. Əgər ümumi təhsil  müddətində göstəriciləri 91 baldan yuxarıdırsa, o zaman  ona verilən kreditdə və buna hesablanmış məbləğin qaytarılmasına 25% güzəşt ediləcək.

 

- Kreditin qaytarılma müddətində müəyyən hallar vardır ki,bu zaman tələbəyə möhlət verilə bilər. Bəs bu hüquq hansı hallarda verilir?

 

- Məsələn, tələbə bakalavrda təhsil alarkən kreditdən faydalanırsa və daha sonra magistraturaya qəbul olursa, həmin təhsil müddətində ondan kreditin qaytarılması tələb olunmayacaq. Eyni zamanda təhsili bitdikdən sonra tələbə hərbi xidmətə yollanarsa, analıq məzuniyyətinə çıxarsa, yaxud məhkumluq müddəti yaşayarsa bu dövrdə də kredit tələb olunmur tələbəyə möhlət verilir

 

- TTK-nın sığortalanması nədir? Sığorta müqaviləsi nə zaman bağlanır və müqavilə üzrə sığorta haqqı necə ödənilir?

 

- Ölüm və əmək qabiliyyətinin tam və ya qismən itirilməsi (əlillik) hallarında Təhsil Tələbə Krediti sığortalanır.

 

TTK-nin sığortalanması kredit müqaviləsi rəsmiləşdirilən zaman həyata keçirilir.

 

Sığorta haqqı kredit müqaviləsinə uyğun hesablanır və kreditin məbləğinə əlavə olunaraq sdığorta müqaviləsində nəzərdə tutulmuş qaydada ödənilir.

 

Qeyd edək ki, TTK-nin sığortalanması zamanı faydalanan şəxs qismində müvəkkil bank müəyyən edilir.

 

-Bakavriat pilləsində kredit götürən tələbə, magistraturaya qəbul olduqda da kredit üçün müraciət edə bilərmi?

 

- Bakalavriat pilləsində təhsil kreditindən faydalanan tələbə məbləği geri qaytarmadan magistratura pilləsinə dənişli qəbul olursa, o,kreditdən faydalana bilər. Magistratura pilləsi üzrə təhsilini başa vurduqdan sonra tələbə əvvəlcə bakalvr, daha sonra isə magistr pilləsi üzrə əldə etdiyi kreditlərin geri qaytarılmasına başlayacaq.

 

Ancaq tələbə ikinci dəfə bakalvriat səviyyəsi üzrə təhsil alacaqsa,bu zaman o kreditdən faydalana bilməz.

 

-Kimlərin ümumiyyətlə TTK-ya müraciət etmək hüququ yoxdur?

 

  • Akademik borcu olan tələbələrə TTK verilmir

 

  • Normativ təhsil müddətindən artıq təhsil alan tələbələrə TTK verilmir

 

  • Ölkəmizdə təhsil alan əcnəbilər (xarici ölkə vətəndaşları və vətəndaşlığı olmayan şəxslər) TTK ala bilməz

 

  • Xarici ölkənin təhsil müəssisəsində təhsil alan Azərbaycan Respublikası vətəndaşı olan tələbələr TTK ala bilməz

 

  • Dövlət İmtiyazları (məcburi köçkün, şəhid ailəsi, əlil və s.) olan tələbələrin təhsil haqqı xərcləri dövlət hesabına ödənildiyindən onların TTK almaq hüquqları yoxdur.

 

-Eyni zamanda Fondun Himayəçilik Şurası tərəfindən birinci tədris ilinin ilk semestri (yarımili) üçün tələbənin standart TTK almaq hüququ onun qəbul imtahanında topladığı ümumi balın minimal həddinə əsasən müəyyən edilir. Bu bal aşağıda qeyd olunmuş təsdiq edilən bal aralığına uyğun olmalıdır.

 

  • Bakalavriat səviyyəsi üçün 300-700 bal aralığı

 

  • Magistratura səviyyəsi üçün 50-100 bal aralığı

 

  • Subbakalavriat səviyyəsi üçün 110-300 bal aralığı

 

  • Qeyd edək ki, müraciətlərin qəbulu davam edir, son qəbul tarixi yoxdur.