Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-11-30 11:05:00
“Firudin bəy Köçərli” mükafatı Şahlar Əsgərov və Nadir İsrafilova təqdim edildi -FOTO

Təhsil mütəxəssisləri Şahlar Əsgərov və Nadir İsrafilova “Firudin bəy Köçərli” mükafatı təqdim edildi.

 

AzEdu.az xəbər verir ki, AzEdu Təhsil Portalı, AzEdu Academy və Azərbaycan Təhsil Jurnalistləri Birliyinin təsis etdiyi bu mükafata Şahlar Əsgərov  “Təhsil eksperti missiyasının cəmiyyətdə yüksək səviyyədə qorunmasında xidmətlərinə görə” nominasiyası  və Nadir İsrafilov isə “Təhsil xadimi missiyasının cəmiyyətdə yüksək səviyyədə qorunmasında xidmətlərinə görə” nominasiyası üzrə mükafata  layiq görülüb.

 

Görüş zamanı mükafatın təqdim olunması ilə yanaşı, Şahlar Əsgərov və Nadir İsrafilov AzEdu Təhsil Portalının əməkdaşları ilə  təhsilin cəmiyyətdə uğurlu inkişafı istiqamətində hansı addımların atılmasını müzakirə ediblər.

 

Həmçinin, Şahlar Əsgərov təhsilin inkişaf paradiqmaları, yüksəliş meyilləri ilə bağlı maraqlı mülahizələrlə çıxış edib.

 

Nadir İsrafilov isə təhsilin yüksəlişi istiqamətində uğurlu addımların atılmasının vacibliyini bildirib.

 

Qeyd edək ki, “Firudin bəy Köçərli” mükafatının təsis edilməsinin əsas məqsədi təhsilin inkişafında  xidmətləri olan şəxsləri diqqət mərkəzində saxlamaq, onların fəaliyyət və uğurlarını geniş ictimaiyyətə çatdırmaqdan ibarətdir.

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları