Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-11-29 15:50:00
DİM-in müəyyən etdiyi məbləğlər bazar qiymətlərindən çox yuxarıdır - ETİRAZ

 

 

“Hazırda DİM tərəfindən müəyyənləşdirilən imtahan məbləğləri bazar qiymətlərindən çox yüksəkdir”.

 

 

Bu sözləri AzEdu.az-a açıqlamasında təhsil eksperti Elşən Qafarov deyib.

 

 

O, qeyd edib ki, Dövlət İmtahan Mərkəzinin imtahan qiymətlərini müəyyən etmək hüququ var:

 

 

“Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxs statusunu daşıyır. O, ödənişli xidmət göstərdiyi məsələlərdə qiymətləri özü müəyyən etmək hüququna malikdir. İmtahan qiymətləri artırılacaqsa, bunun heç bir məntiqi əsası olmadığını düşünürəm. Həmçinin, sınaq imtahanlarının qiymətlərinin artırılmasında da heç bir müsbət tendensiya görmürəm. Hazırda DİM tərəfindən müəyyənləşdirilən məbləğlər bazar qiymətlərindən çox yüksəkdir. Bu, qəbuledilən hal deyil”.

 

Xatırladaq ki, Dövlət İmtahan Mərkəzinin (DİM) bakalavr pilləsi üzrə sınaq imtahanlarının qiymətini 40, magistr pilləsi üzrə sınaq və qəbul imtahanlarının qiyməti isə 50 manatdır.

 

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları