Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-11-23 16:56:00
UNEC-də “Bərk məişət tullantlarının idarə olunması” mövzusunda maarifləndirici tədbir  

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Rus İqtisad Məktəbində "Bərk məişət tullantlarının idarə olunması" mövzusunda maarifləndirici tədbir keçirilib.

 

AzEdu.az xəbər verir ki, Ətraf mühitin mühafizəsi və iqtisadiyyatı kafedrasının dosenti Adik Məmmədov mövzu ilə bağlı təqdimatla çıxış edib. O, bərk məişət tullantılarının idarə edilməsi sisteminin yenidən qurulması, tullantıların yığılması, daşınması, yerləşdirilməsi və zərərsizləşdirilməsinin müasir standartlara uyğun şəkildə təşkili, bərk məişət tullantılarının təkrar dövriyyəyə cəlb edilməsi imkanlarından danışıb.