Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-11-22 16:34:00
Təhsil İnstitutu fizikanın mexanika bölməsinə dair vebinar təşkil edəcək

Təhsil İnstitutu müəllimlərin sertifikasiyası imtahanlarının qiymətləndirmə çərçivəsinin izahı ilə bağlı vebinarları davam etdirir.

 

İnstitutdan AzEdu.az-a bildirilib ki, növbəti vebinar noyabrın 23-də “Mexanika bölməsinə ümumi baxış” mövzusunda keçiriləcək.

 

Vebinarda spiker qismində fizika müəllimi Namiq Süleymanov çıxış edəcək. N.Süleymanov 2018-ci ildə Təhsil İnstitutunun təşkilatçılığı ilə keçirilmiş “İstedadlı şagird üçün istedadlı müəllim” olimpiadasının qalibi olub.

 

Vebinarın keçirilməsində məqsəd fizikanın mexanika bölməsində müəllimlərin çətinlik çəkdiyi əsas məqamlara toxunmaq və onlara həm elmi, həm praktik üsullarla izahlar verməkdir.

 

Tədbir institutun feysbuk səhifəsi üzərindən canlı yayımlanacaq.