Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-11-22 14:31:00
X sinfə qəbul prosesi bu tarixdə yekunlaşacaq  

Peşə və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulunda iştirak edib, ancaq qəbul oluna bilməyən şagirdlərin X sinfə qəbulu 30 noyabr 2021-ci il saat 18:00-da yekunlaşacaq. 

 

AzEdu.az xəbər verir ki, məlumat üçün bildiririk ki, qəbul prosesi  şagirdlərin elektron yerdəyişməsi portalı (sy.edu.az) üzərindən elektron qaydada aparılır və prosesə 10 noyabr 2021-ci il tarixindən start verilib.
 

Məsələ ilə bağlı əlavə məlumat almaq və texniki dəstək üçün valideynlər (qanuni nümayəndə) yerli təhsili idarəetmə orqanlarına müraciət edə bilərlər.