Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-11-22 12:24:00
Təhsil naziri bu bölgələr üzrə videoqəbul keçirəcək

Təhsil naziri Emin Əmrullayev 26 noyabr 2021-ci il saat 16:00-da Yevlax, Bərdə, Tərtər, Ağdam, Füzuli, Xocavənd, Samux rayonları və Naftalan, Mingəçevir şəhərlərinin sakinlərini videobağlantı vasitəsilə qəbul edəcək.

 

AzEdu.az xəbər verir ki, qəbulda həmin rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər.
 

Qeyd olunan rayonların sakinləri 16-24 noyabr (saat 18:00-dək) 2021-ci il tarixlərində Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146-1 nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng etməklə və ya elektron müraciət (https://portal.edu.azhttps://edu.gov.az/az/contact) edərək videoqəbula yazıla bilərlər.