Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-11-20 12:17:00
Təhsil İnstitutunun növbəti vebinarında Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı çətin test tapşırıqları izah olunacaq  

Təhsil İnstitutu müəllimlərin sertifikasiyası imtahanlarının qiymətləndirmə çərçivəsinin izahı ilə bağlı vebinarları davam etdirir.

 

AzEdu.az xəbər verir  ki, növbəti vebinar noyabrın 22-də “Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı çətin və orta tipli test tapşırıqlarının izahı” mövzusunda keçiriləcək.

 

Vebinarda spiker qismində 163 nömrəli tam orta məktəbin tarix müəllimi, Azərbaycan Universitetinin doktorantı, dərslik müəllifi Ramil Tanrıverdi çıxış edəcək.