Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-11-17 15:48:00
Bu gün dünyada Beynəlxalq Tələbə Günü qeyd olunur
 
 
Dünyanın əksər ölkələri ənənəvi olaraq noyabrın 17-ni Beynəlxalq Tələbə Günü kimi qeyd edirlər. Bu, 1942-ci ildə təsis edilmiş beynəlxalq bayramdır.
 
 
16 noyabr 1939-cu il tarixində Çexiyada nasistlərin işğal etdiyi dövrdə tələbə və müəllimlər Çexoslovakiya dövlətinin yaranmasının ildönümünü qeyd etmək üçün Praqada nümayişlərə çıxıblar. Aksiya dağıdılıb, tələbələrdən biri öldürülüb. Növbəti gün, 17 noyabrda, almanlar Praqa tələbə yataqxanalarını əhatə edib. 1200-dən çox tələbə həbs olunaraq konsentrasiya düşərgəsinə göndərilib. Daha 9 tələbə və tələbə hərəkatı fəalı həbsxanada edam edilib.
 
 
İki ildən sonra, 1941-ci ildə tələbələrin Londonda keçirilən Beynəlxalq görüşündə Çexoslovakiyada həlak olanların şərəfinə hər il noyabrın 17-ni Tələbə Günü kimi qeyd etmək qərara alınıb. İlk başdan bu tarix yaddaş və matəm günü olsa da, hazırda noyabrın 17-si bilik və həyatı simvolizə edən işıqlı bayram kimi təqdim olunur.
 
 
Dünyanın bir çox universitetləri Beynəlxalq Tələbə Günündə bu günü multikulturalizm və müxtəlifliyi nümayiş etdirmək üçün bir fürsət kimi qeyd edirlər. Bəzi universitetlər gənclərin iştirakını stimullaşdırmaq üçün Beynəlxalq Tələbələr Günündə silsilə tədbirlər təşkil edirlər.
 
 
Oruc Mustafayev