Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-11-16 09:25:00
Beynəlxalq müsabiqədə birinci yeri tutan UNEC tələbəsi təltif olunub  

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində Dünya İrs Şəhərləri Təşkilatının (#OWHC) keçirdiyi Beynəlxalq Video Müsabiqəsində 18-21 yaş kateqoriyasında birinci yeri tutan UNEC tələbəsi Nurcan Daşdəmirovaya sertifikat təqdim edilib.

 

AzEdu.az xəbər verir ki, Beynəlxalq İqtisadiyyat Məktəbinin 3-cü kurs tələbəsi Nurcan Daşdəmirova həmin müsabiqəyə “İçərişəhər pandemiya dövründə” adlı videoçarx ilə qatılıb.

 

Qalibə sertifikatı “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Aparat rəhbəri Read Qasımov təqdim edib. R.Qasımov İçərişəhərin bir dünya irsi kimi təbliğində gənclərin roluna diqqət çəkib, eləcə də belə beynəlxalq müsabiqələrin ölkəmizin və mədəniyyətimizin qlobal miqyasda təbliği üçün önəmli olduğunu bildirib.