Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-11-11 16:28:00
Bu müəllimlər üçün vebinar təşkil olunacaq-Təhsil İnstitutu  

Təhsil İnstitutu müəllimlərin sertifikasiyası imtahanlarının qiymətləndirmə çərçivəsinin izahı ilə bağlı vebinarları davam etdirir.

 

İnstitutdan AzEdu.az-a bildirilib ki, növbəti vebinar noyabrın 12-si saat 17:00-da Azərbaycan dili və ədəbiyyat fənlərini tədris edən müəllimlər üçün "Bədii mətnin analitik təhlili üzrə işin təşkili" mövzusunda keçiriləcək.

 

Vebinarda spiker qismində Metodik dəstək və peşəkar inkişaf mərkəzinin Əlavə təhsilin məzmunu şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru Könül Aydın Nəhmətova çıxış edəcək.

 

Tədbir institutun feysbuk səhifəsi üzərindən canlı yayımlanacaq.