Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-11-11 16:02:00
Tələbələr üçün “EdTech Startap” müsabiqəsi - İlk dəfə

Təhsil Nazirliyi və “Edumedia” şirkətinin təşkilatçılığı ilə cari ilin noyabr-dekabr aylarında tələbələr arasında  “EdTech Startap” müsabiqəsi keçiriləcək. 

 

AzEdu.az xəbər verir ki, müsabiqənin keçirilməsi tələbələrin İKT və rəqəmsal təhsil sahələrinə olan marağının artırılması, təhsil sahəsində mövcud çağırışlar üzrə innovativ həll yollarının araşdırılması məqsədi daşıyır. 

 

Müsabiqədə Azərbaycanın bütün ali təhsil müəssisələri üzrə bakalavr, magistratura və doktorantura təhsili alan tələbələr iştirak edə bilərlər.

 

“EdTech” müsabiqəsi haqqında daha ətraflı məlumat almaq üçün edtechstartup.az internet səhifəsinə müraciət etmək mümkündür. edtechstartup.az