Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-11-10 15:13:00
BMU tələbələri üçün təcrübə gəzintisi təşkil olunub-FOTO  

Bakı Mühəndislik Universitetinin (BMU) Müəssisələrlə əlaqələr və karyera departamentinin təşkilatçılığı ilə universitetin Memarlıq və inşaat mühəndisliyi ixtisasının 3-cü kurs tələbələrinin PMD Group MMC-nin  “Hilton Garden Inn” layihəsinə təcrübə gəzintisi təşkil olunub.

 

AzEdu.az xəbər verir ki, Memarlıq və dizayn kafedrasının baş müəllimi Nikrouz Forouzandehin rəhbərliyi ilə baş tutan gəzinti “Memarlıq konstruksiyaları 2” dərsinin praktiki cəhətdən tələbələrə daha effektli çatdırılması məqsədini daşıyıb.

 

Gəzinti zamanı tələbələr layihənin inşaatı sahəsi ilə yaxından tanış olublar.

 

Qeyd edək ki, PMD Group şirkəti aktivlərin idarə olunması, daşınmaz əmlaka investisiya qoyuluşu və əmlakın idarə olunması sahəsində fəaliyyət göstərir.