Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-11-10 12:03:00
“Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” dərsliyi nəşr olunub

Filologiya üzrə elmlər doktoru, professor Buludxan Xəlilovun "Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” dərsliyi alimin vəfatından sonra Təhsil Nazirliyinin qrifi ilə nəşr olunub.

 

AzEdu.az xəbər verir ki, dərslik 2020-2021-ci ildən respublikamızın bütün ali və orta ixtisas təhsil müəssisələrinin tədris proqramına daxil edilmiş eyniadlı fənnin tədrisində yaranan ehtiyacı ödəmək baxımından əhəmiyyətli və zəruridir. Aydın və elmi dildə tərtib olunmuş dərslikdə işgüzar və akademik ünsiyyətin əsas xarakteri, janrları, şifahi və yazılı formaları, ünsiyyət mədəniyyətinin meyarları, xoş təəssürat yaratmağın qayda və üsulları, özünütəsdiq təqdimatı və digər mövzular günün tələblərinə uyğun şəkildə izah edilib.

 

Dərsliyin elmi redaktoru filologiya üzrə elmlər doktoru, professor Mahirə Hüseynova, rəyçiləri filologiya üzrə fəlsəfə doktoru, dosent Yeganə Qəhrəmanova və UNEC-in dosenti, filologiya üzrə fəlsəfə doktoru Cəlal Allahverdiyevdir.

 

İnanırıq ki, məhrum alimin digər dərslikləri kimi, bu dərsliyi də tələbələrin stolüstü kitabına çevriləcək, ali və orta ixtisas təhsil müəssisələrində bu sahədə yaranmış boşluğu doldurmağa xidmət edəcək.