Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-11-05 13:08:00
AMEA-ya çəkilən xərclər 15% artırılır

Azərbaycanda gələn il elm üçün dövlət büdcəsindən 0,203 milyard manat xərclənəcək.

 

AzEdu.az xəbər verir ki, , bu məsələ "2022-ci il dövlət büdcəsi zərfi haqqında” qanun layihəsində əksini tapıb.

 

Sənədə əsasən, bu, gələnilki büdcə xərclərinin 0,7%-i deməkdir, 2021-ci ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 10,6% çoxdur.

 

Vəsaitin 0,134 milyard manatı Azərbaycan Milli Elmlər Akademiyasına və 46 tabeli qurumuna yönəldiləcək. Bu isə illik müqayisədə 14,7% çoxdur.