Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-10-26 13:35:00
BU ŞƏXSLƏR prdaqoji fəaliyyətlə məşğul ola BİLMƏZ-RƏSMİ

Pedaqoji fəaliyyətlə məşğul olmaq bir çox şəxslərin arzusu olsa da, bəziləri üçün bu,  qanunla müəyyən edilmiş şəkildə mümkün deyil.

 

AzEdu.az “Pedaqoji fəaliyyətlə məşğul olma Qaydası”nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 20 aprel 2020-ci il tarixli qərarına əsasən, pedaqoji fəaliyyətlə məşğul olması qadağan edilən şəxsləri təqdim edir:

 

1.Ağır cinayət törətməsinə görə məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslər;

 

2.Fəaliyyət qabiliyyətsizliyinə və ya məhdud fəaliyyət qabiliyyətli olmasına, habelə barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olan şəxslər;

 

3.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 18 fevral tarixli 57 nömrəli Qərarı ilə təsdiq edilmiş siyahıda göstərilən xəstəliklərə görə pedaqoji fəaliyyətlə məşğul olmasına qadağa qoyulmuş şəxslər;

 

4.Təhsil Nazirliyinin təsdiq etdiyi “Müəllimlərin etik davranış qaydaları”nı pozduğuna görə əmək müqaviləsinə xitam verilmiş pedaqoji işçi 1 (bir) il müddətində pedaqoji fəaliyyətlə məşğul ola bilməz.

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları