Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-10-26 10:16:00
AzTU-nun gənc tədqiqatçıları Türkiyə universitetlərində təcrübə keçəcəklər  

Azərbaycan Texniki Universiteti (AzTU) gənc tədqiqatçı və müəllimlərini təcrübə əldə etmələri və tədqiqat aparmaları məqsədilə Türkiyənin tanınmış universitetlərinə göndərəcək.

 

AzEdu.az xəbər verir ki, proqramın müddəti 5 ay təşkil edəcək. Proqrama əsasən, bütün zəruri xərclər Azərbaycan Texniki Universiteti tərəfindən qarşılanacaq. Proqram AzTU-nun bütün ixtisas istiqamətləri üzrə 100 nəfəri əhatə edəcək.

 

Müsabiqəyə Texniki Universitetin 30 yaşa qədər olan II kurs magistrantları, 35 yaşa qədər olan doktorantları müraciət edə bilər. Namizədlərin seçimi iki mərhələdə aparılacaq. İlkin mərhələdən keçən namizədlər müsabiqəyə dəvət olunacaq. Müraciət elektron ərizə sistemi vasitəsilə həyata keçirilir. Müraciətlər noyabrın 10-dək qəbul olunur.