Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-10-25 15:08:00
   “Leyli və Məcnun” Frankfurt Beynəlxalq Kitab Sərgisində  

 

 

Yaxın günlərdə Almaniyanın “Hans-Jürgen Maurer” nəşriyyatında işıq üzü görmüş “Leyli və Məcnun” kitabı dünyanın ən böyük kitab sərgilərindən olan Frankfurt Beynəlxalq Kitab Sərgi-Yarmarkasında – Dövlət    Tərcümə Mərkəzinin təşəbbüsü ilə sərgi çərçivəsində açılmış “Azərbaycan  ədəbiyyatı” bölümündə sərgilənir.

 

Kitabın alman dilinə tərcümə müəllifi – tanınmış alman mütərcimi Rudolf Qelpke, Ön sözünün müəllifi – görkəmli nizamişünas-alim Rüstəm Əliyev, redaktoru – Hans-Jürgen Maurerdir.

 

Kitabın yaxın günlərdə AlmaniyaAvstriyaİsveçrəLixtenşteyn və Lüksemburqun mərkəzi kitabxana və kitab evlərinə yerləşdiriləcəyi, ölkələrin ədəbi ictimaiyyətinə təqdim ediləcəyi nəzərdə tutulur.