Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-10-23 15:05:00
Təbiət fənninin dərslik komplekti respublika üzrə 132 sinifdə sınaqdan keçiriləcək  

Təhsil İnstitutu tərəfindən 2021/2022-ci tədris ilində ilk dəfə tədris olunacaq V sinif təbiət fənninin dərslik komplekti hazırlanıb.

 

İnstitutdan AzEdu.az-a bildirilib ki, dərslik komplektinin hazırlanmasına 11 yerli mütəxəssis cəlb olunub. Müəlliflər üçün Sinqapurun “Alston” nəşriyyat evi tərəfindən bir sıra təlimlər keçirilib. Dərslik komplekti hazırlanarkən təhsildə qabaqcıl ölkələrin təcrübələri araşdırılıb, TIMSS və PISA kimi beynəlxalq qiymətləndirmə tədqiqatlarının tələbləri nəzərə alınıb. Eyni zamanda, dərslik komplektində fəaliyyət əsaslı təlimə önəm verilib. Dərslik komplektinə dərslik, iş dəftəri və müəllimlər üçün metodik vəsait daxildir.

 

Dərslik komplekti 2021/2022-ci tədris ilində respublika üzrə 132 sinifdə sınaqdan keçiriləcək. Təhsil İnstitutu tərəfindən həmin siniflərdə dərs deyən müəllimlər üçün təlimlər təşkil olunub.