Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-10-23 09:36:00
Təhsil İnstitutunun mentorluq proqramı çərçivəsində keçirilən təlimlər yekunlaşıb

Təhsil İnstitutunun tədqiqat mentorluq proqramı çərçivəsində 12 mövzunu əhatə edən təlimlər başa çatıb. Təlimlərin keçirilməsində əsas məqsəd mentilərin tədqiqat bacarıqlarının və proqramın effektivliyinin artırılması olub.

 

AzEdu.az xəbər verir ki, proqram çərçivəsində təlimçi İnqilab Şahbazov tərəfindən “Tədqiqata giriş və dizaynlar”, “Tədqiqat etikası”, “Kəmiyyət tədqiqatlarına giriş”, “Sorğunun hazırlanması və keçirilməsi”, “Keyfiyyət tədqiqatlarına giriş”, “Keyfiyyət metodları (Müsahibə)”, “Keyfiyyət metodları (Fokus qrup və qarışıq metodlardan istifadə)”, “Keyfiyyət tədqiqatlarının analizi və vizuallaşdırılması”, “Seçmə metodları və kəmiyyət tədqiqatlarının analizi və vizuallaşdırılması”, “Akademik yazı (ədəbiyyat seçimi, ədəbiyyat icmalı, xülasə, metodologiya, müzakirə, nəticə)”, “Akademik nəşr olunma” mövzularında təlimlər təşkil olunub.
Təlimləri müvəffəqiyyətlə başa vuran iştirakçılara sertifikat təqdim olunacaq.
Xatırladaq ki, proqram çərçivəsində mentorluq üçün 379, mentilik üçün 243 nəfər olmaqla, ümumilikdə 622 nəfər namizədin müraciəti qeydə alınıb. Müsahibələrin qiymətləndirilməsi zamanı proqramda iştirak üçün 21 mentor və 47 menti seçilib.
Təlimlər sentyabrın 14-dən oktyabrın 21-dək keçirilib.