Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-10-11 13:12:00
Türkiyədə şagirdləri aparan avtobus aşıb - Ölənlər var (FOTO)  

Türkiyənin Afyonkarahisar vilayətində ibtidai sinif şagirdlərini aparan avtobus qəzaya uğrayıb.

 Avtobusun aşması nəticəsində 5 nəfər, o cümlədən dörd şagird həlak olub.

Sürücü ilə yanaşı daha bir şagird xəsarət alıb. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

Qəzanın səbəbləri ilə bağlı araşdırma aparılır.