Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-10-05 13:33:00
“SABAH Magistratura” və ikili diplom proqramları üzrə qəbul olan tələbələrlə görüş keçirilib

Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) və Təhsil İnstitutu (ARTİ) tərəfindən həyata keçirilən “SABAH Magistratura” proqramı və ADPU ilə ABŞ-ın Corc Vaşinqton Universiteti arasında icra edilən ikili diplom proqramına 2021-2022-ci tədris ili üzrə qəbul olan tələbələrlə görüş keçirilib.

 

Bu barədə AzEdu.az-a Təhsil Nazirliyindən məlumat verilib.

 

Tədbirdə çıxış edən ADPU-nun rektoru Cəfər Cəfərov universitetin fəaliyyəti, yeni islahatlar, sözügedən proqramlar haqqında ətraflı məlumat verib.

 

Təhsil naziri Emin Əmrullayev görüşün məqsədinin Corc Vaşinqton Universiteti ilə beynəlxalq ikili diplom proqramı və “SABAH Magistratura” proqramından gözləntilərin müzakirəsi olduğunu bildirib. Yeni tədris ilinin ötən illərdən fərqli olduğunu vurğulayan Emin Əmrullayev qeyd edib ki, sözügedən ikili diplom və “SABAH Magistratura” proqramı, “SABAH qrupları” layihəsinin Azərbaycan təhsilində özünəməxsus yeri var. Bu proqramlar sürətli şəkildə kadr hazırlığı məqsədi daşıyır. Nazir sözügedən proqramların icrasında əsas məqsədin keyfiyyətli təhsil vermək olduğunu bildirib.

 

Görüşün sonunda tələbələrin sualları cavablandırılıb.