Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-10-04 13:19:00
Erasmus+ layihəsi çərçivəsində prorektorların ilk görüşü keçirilib 

Bakı Biznes Universitetində “Azərbaycanda Rektorlar Konfransının yaradılması” adlı Erasmus+ layihəsi çərçivəsində prorektorların ilk görüşü keçirilib.

Tədbirdə layihə konsorsiumunun üzvü olan 15 Azərbaycan universitetindən 11 universitetin prorektorları qrup şəklində təşkil olunmuş müsahibədə iştirak edib.

Layihənin koordinatoru Gülşən Bayramova müsahibə üçün hazırlanan sualları prorektorlara təqdim etmişdir. Görüş müsahibə üçün hazırlanmış suallarla başlanılsa da, müzakirə şəklində davam etdirilmişdir. Müsahibə zamanı maraqlı fikirlər və təkliflər irəli sürülmüşdür. Universitetlərdən dəvət olunmuş prorektorlar öz təcrübələrinə əsaslanaraq maraqlı müzakirələr aparmışdır.