Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-10-01 14:18:00
Sıxlıq və tıxaca səbəb olan məktəblərin adlarını açıqlayıb

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (BŞDYPİ) paytaxtda sıxlıq və tıxaca səbəb olan məktəblərin adlarını açıqlayıb.

İdarənin baş inspektoru, polis mayoru Araz Əsgərli AzEdu.az-a açıqlamasında bildirib ki, şəhərdə sıxlıq və tıxacların qarşısının alınması məqsədilə Baş İdarə tərəfindən əvvəlcədən ətraflı məlumat verməsinə baxmayaraq, müxtəlif şəxslər eyni qəbildən qayda pozuntuları törədirlər.

Qarşısında sıxlıq və tıxacların yarandığı məktəblərin siyahısını açıqlayan A.Əsgərli deyib: “Bakıxanov qəsəbəsi istiqamətində yerləşən 60, 28 May küçəsindəki 23 nömrəli tam orta məktəblər, Əliyar Əliyev küçəsindəki “Modern Təhsil Kompleksi” və Ziya Bünyadov prospektindəki “İdrak” liseyinin rəhbərliyindən xahiş edirik ki, şagirdlərlə profilaktik danışıqlar aparılsın. Yol bağlanır, narazılıqlar yaranır. Əgər parklama üçün yer yoxdursa, məktəblər uşaqları daha tez qəbul etməli, avtobuslar təşkil etməlidir. Dövlət məktəblərində də valideynlər avtomobilləri məktəbin düz qarşısında saxlamamalı, müəyyən ərazidə saxlayıb piyada gəlməlidirlər. Belə hallar avtomobili yolun ortasında saxlamaq üçün bəhanə olmamalıdır. Qarşısında mütəmadi olaraq hərəkəti iflic edən belə halların yaşandığı məktəb və universitetlərin adlarını ictimailəşdirəcəyik”.