Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-10-01 11:14:00
Valideyn iclasını BU formada təşkil edilsin-Maraqlı

Valideyin iclasları müəllimlər və valideynlər üçün əvəzsiz toplantıdır. Burada təlim-tərbiyə prosesinin vəziyyəti, onun inkişaf etdirilməsi yolları, məktəblə valideyinlər arasında əməkdaşlığı müəyyənləşdirilir. Bundan əlavə şagirdin uğurları və ya nöqsanları müzakirə olunur təhlil edilir.

 

Valideyn iclasları aşağıdakı hallarda keçirilir:

 

Təşkilati məsələlərlə bağlı;

 

Cari işlər və ya konkret hər hansı bir mövzu ilə bağlı;

 

Yekun hesabat bağlı -tədris ilinin yarımillik və ya illik dövrünə yekun vurularkən.

 

 

İcslasın həm valideyn, həm də müəllimlər üçün faydalı olması baxımından bir sıra psixololi-pedaqoji aspeklər nəzərə alınmalıdır.

 

AzEdu.az  onları təqdim edir

 

 

 Pedaqoq özünü iclasa tam hazırlamalıdır;

 

Valideyn iclasları zamanı sinif rəhbəri ciddi, səmimi, gülərüz və hər bir valideyinə eyni münasibəti qurmağı bacarmalıdır. Sinif rəhbəri hər bir şagird və  fən müəllimləri ilə söhbət zamanı apardığı qeydlərli valideynlərə bildirməlidir.    

 

 

Valideynlə fərdi söhbət;

 

Sinif rəhbəri iclasın əvvəlində öz övladları ilə fərdi maraqlanan valideyinlərə iclasın sonunda şəxsən təklikdə yanaşmasını xahiş etməlidir. Bir şagirdin problemlərini digər şagirdin valideyinlərinin yanında müzakirə etməsi düzgün deyil.

 

 

İclasın vaxtı;

 

Valideyn iclası maksimum 45 dəqiqə olmalıdır. Valideynlərin sayı nəzər alınaraq vaxt düzgün bölünməlidir ki, hər valideyn öz övladı ilə maraqla bilsin. Bunun üçün də raqlament müəyyənləşdirib  ona uyğun hərəkət etmək lazımdır.

 

 

Hamının iştirakı;

 

Sinifdə dərs deyən bütün müəllimlərin və valideyinlərin iclasda iştirakı vacibdir. Hər bir valideynin hüququdur ki ,öz övladı haqqında  irad və təklifləri birbaşa, o fənni tədris edən müəllimə desin. Əgər fənn müəlliminin iş qrafiki iclas vaxtı ilə üst-üstə düşürsə, istirak etməyə bilər. Belə hallarda fənn müəllimi bütün şagirdlər haqqında qeydlərini sinif rəhbərinə bildirməlidir.

 

 Valideyn iclasının yekunu;

 

Keçirilmiş iclasla bağlı valideynlərin fikirlərini bilmək vacib məsələlərdən biridir. Bunun üçün  sorğu vərəqləri hazırlayaraq onların təklif və  fikirlərini öyrənmək olar. Bu sorğu gələcək iclasın daha səmərəli keçməsinə şərait yaratacaqdır.

 

 

Son olaraq qeyd edək ki, statistikaya əsasən, valideyn övladının məktəbdə oxuduğu dövr ərzində təxminən 40 iclasda istirak edir. Buda onu göstərir ki, bu iclaslar valideynlə əlaqənin əsas formasıdır. Düzgün təşkil edilmiş iclas ,pedoqoqla valideyn arasındakı münasibətin əsasını qoyur.

 

Gülcahan Məmmədova