Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-09-30 10:50:00
Dərsdənkənar “Zəfər tarixi” adlı fakültativ məşğələlər keçiriləcək-RƏSMİ

 

“Bu tədris ilində dərsdənkənar “Zəfər tarixi” adlı fakültativ məşğələ keçirəcəyik”.

 

 

AzEdu.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev AzTV-nin “Hədəf” verilişində deyib.

 

 

"Builki tədris bir neçə xüsusiyyətinə görə fərqlənir. Belə ki, Azərbaycan məktəblərində tədris ölkənin ərazi bütövlüyü təmin olunduqdan sonra ilk dəfədir ki, açılır. Hazırda Zəfərdən sonrakı dövrdə təhsilin məzmununu, dərslikləri dəyişmək baxımından bizim daha çox vaxta ehtiyacımız var".

 

 

Nazir bu tədris ilinin Zəfər ili elan olunduğunu qeyd edib:

 

 

“Bununla bağlı müxtəlif tədbirlər, müsabiqələr keçirməyi düşünürük. Zəfər tariximizə həsr olunan ümumrespublika müsabiqəsini qeyd etməliyik. Müsabiqənin qalibləri Zəfər günündə elan ediləcək. Bundan başqa məktəblərdə “Zəfər tarixi” adlı fakültativ məşğələ keçirəcəyik. Bu, dərsdənkənar olacaq, ayrıca bir fənn şəklində tədris olunmayacaq. Artıq lazımi materiallar məktəblərə göndərilib".

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları