Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-09-29 09:37:00
"Universitetlərin vəzifələri və missiyaları haqqında aydın təsəvvürlər yoxdur" - Etibar Əliyev 
Bu gün tələbələr Ali məktəblərdə ənənəvi dərslərə başlayıralr. Uğurlar diləyirəm. Universitetlər dünyada elm və təhsil sahəsində baş verən yeniliklərlə ayaqlaşmalıdırlar
 
 
AzEdu.az xəbər verir ki, bu sözləri millət vəkili Etibar Əliyev facebook səhifəsində yazıb
 
 
Millət vəkili bildirib ki , Gecikmələr öz dərin təsirini göstərib. Yəqin ki heç kim tərəddüd etməz: universitetlərimizin əksəriyyətində durğunluq hökm sürür. Cəmi 2-3 universitetdə islahatların aparılması, yeniliklərə imza atılması müqayisədə aşağı göstəricidir. Özəl təhsil sistemi böhran içərisindədir. Universitetlərin vəzifələri və missiyaları haqqında aydın təsəvvürlər yoxdur. Universitet tədqiqatları aşağı səviyyədədir. Təbiət və fundamental elmlərdə texnoloji uçurum öz təsirini göstərib. Tələbə qəbulunun nəticələrindən başqa heç bir göstərici önə çəkilmir. Yüksək nəticə göstərən tələbələr bir müddətdən sonra təhsillərini başqa ölkələrdə davam etdirmək istəyirlər. Universitet təsəvvürlərimiz yenilənməlidir. Universitet fundamental məsələləri həll etmək üçün ən rahat məkan olmaqla yanaşı, həm də alternativ dəyərlər sistemi yaratmalıdır. Universitetin digər ictimai institutlardan əsas fərqləndirici cəhəti onun əmək bazarına və insan kapitalının inkişafına cavabdehlik daşımasıdır.
 
 
Universitet elmi öz həyatını yaşamalı və özü prioritetlərini müəyənləşdirməlidir.
 
 
 
-Universitetlər özünəməxsuluğu ilə seçilən mədəni, sosial-iqtisadi və fiziki əhatəsindən faydalanmalıdır. Kampus məhdudiyyəti bu prinsipin həyata keçməsinə imkan vermir.
 
-Distant təhsilin keyfiyyətinin ənənəvi təhsilə yaxınlaşdırılması istiqamətində texnoloji və məzmun istiqamətində yeniliklərə imza atmalıdırlar.
 
-Universitet kitabxanaları daima yenilənməli, universitetlərarası kitabxabna kommunikasiyası yaradılmalı, elektron kitabxana özünəməxsusluğu ilə seçilməlidir.
 
-Universitetlər cəmiyyətə transformasiya olunmalı, sosial dəyişikliklərin katalizatoru funksiyasını daşımalıdırlar.
 
-Universitetlər akademik imbridinqi (öz məzunlarının işə götürülməsi) genişləndirməlidir.
 
-Universitetlər sahibkarlıq təşəbbüslərini dəyərləndirməli, öz bilik tutumlarını tətbiq etməli, innovasiyaları rəğbətləndirməlidir.
 
-Universitetlər tədqiqatları ilə paraktik məslələri (tədqiqatların tətbiqini) həll etməli, elmin populyaralşdırılmasında maraqlı olmalıdırlar.
 
-Tələbələrə uğurlarını təqdim etməyə imkanlar yaratmalı, hər bir tələbənin uğurunu qiymətləndirməlidir.
 
Tələbələr müəllimlərin mühazirələri ilə kifayətlənməməlidirər. İxtisasları üzrə yeni ədəbiyyatları axtarıb tapmalı və bilik dairələrini genişləndirməlidirlər. Təəssüflər olsun ki, müəllimlərin böyük kəsimi illər boyu mühazirələrini yeniləmirlər.