Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-09-29 09:12:00
Direktorların işə qəbulunun müsahibə mərhələsinin təkmilləşdirilməsinə ehtiyac var…” – Sədr müavini

“Direktorların işə qəbulunun müsahibə mərhələsinin təkmilləşdirilməsinə ehtiyac var. İmtahan varsa, müsahibə nə deməkdir? Belə çıxır ki, müsahibə imtahanda yüksək bal toplayan arzuolunmaz şəxsi müsabiqədən kənarlaşdırmaq vasitəsidir. Müsahibə olaçaqsa, bu prosesin çiddi şəkildə təkmilləşdirilməsinə ehtiyac var. Dediyim sözlər elə müəllimlərin işə qəbul proseduruna da aiddir. Əlavə söz-söhbət və narazılıqlar nəyə lazımdır?

 

Təhsil İnstitututunun ictimai rəyin öyrənilməsi, yeni qiymətləndirmə siyasətinin hazırlanmasında bu rəylərin nəzərə alınması məqsədil ümumi təhsil pilləsində tətbiq olunan qiymətləndirmə siyasətinin təkmilləşdirilməsinə dair sorğu keçiməsi təşəbbüsünü çox bəyəndim. Belə bir sorğunun direktor və müəllimlərin işə qəbulu ilə əlaqədar da keçirilməsi  bir  çox məsələlərə aydınlıq gətirmək baxımından faydalı olardı.”

 

Bu sözləri məktəb direktorları ilə bağlı yenidən gündımə gələn məsələlərə münasibət bildirərkən Təhsil Nazirliyi yanında ictimai Şuranın sədr müavini Nadir İsrafilov AzEdu.az-a açıqlama verərkən deyib.

 

Sədr müavini onu da xatırladıb ki, 2000-ci ilədək təhsil sistemindəki rəhbər və pedaqoji kadrların vəzifəyə təyinolunma və azadedilmə prosedurlarını Bakıda, şəhərin Baş Təhsil İdarəsi, regionlarda isə, yerli İcra hakimiyyəti orqanı kimi şəhər təhsil idarələri və rayon təhsil şöbələri həyata keçirirdi. Amma elə həmin ilin aprel ayında, orta ümumtəhsil məktəbinin direktoru vəzifəsi Nazirin əmri ilə təyin edilən nomenklatur vəzifələr sırasına daxil edildi. Təhsil Nazirliyinin 3 sentyabr, 2002-ci il tarixli əmri ilə orta ümumtəhsil məktəbinin direktoru vəzifəsi, yenidən yerli təhsil şöbələrinin nomenklaturasina verildi. Bir müddət sonra isə orta ümumtəhsil məktəbinin direktoru vəzifəsi Nazirliyin uçot nomenklaturasına daxil edildi. Nomenklaturada edilən yeni dəyişikliyə görə, yerlərdən verilən təqdimata əsasən, direktor nazirliyin müvafiq razılıq məktubu alındıqdan sonra, vəzifəyə təyin və vəzifədən azad oluna bilərdi.

 

Bundan sonra da bir neçə əmr, təlimatlar və göstərişlər verilib. Təhsil sisteminin idarəolunmasının təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlərin genişləndirilməsi, direktorların peşəkar meyarlara əsaslanan, şəffaf və ictimai nəzarət şəraitində seçilib təyin edilməsi məqsədilə verilən əmrə əsasən “Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinin direktoru vəzifəsinə işə qəbul və direktorların yerdəyişməsi üzrə qaydalar” təsdiq edilib. Ümumi təhsil müəssisələrinin direktoru vəzifəsinə işə qəbul və direktorların yerdəyişməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin 11 mart 2016-cı il tarixli əmrində  “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda nəticələrə görə cavabdeh, şəffaf və səmərəli tənzimləmə mexanizmlərinə malik, dövlət-ictimai xarakterli yeni idarəetmə sisteminin formalaşdırılması əsas strateji istiqamətlərdən biri kimi müəyyənləşdirilmiş, idarəetmənin qabaqcıl beynəlxalq təcrübə əsasında yenidən qurulması hədəf kimi qarşıya qoyulmuşdur.

 

Son əmrdə bildirilirdi ki,  məktəb direktorlarının işə qəbulu üzrə yeni qaydalarda ehtiyat kadr bazasının formalaşdırılması nəzərdə tutulur. Bu, təbiidir. Məktəb elə sahədir ki, ona rəhbərlik edənin təkcə nəzəri bilikləri kifayət etmir. Gərək lazımi səriştə və təcrübəsi, işlədiyi mikro ərazidə hörməti və nüfuzu olsun, valideynlə, ictimaiyyətlə işləməyi bacarsın. Burada bir məsələ də var ki, imtahan yolu ilə seçilən direktorların bir problemi də onların yaşayış yerlərindən çox uzaq yerlərə,  təyin edilmələridir. Məsələn, Xəzər rayonunda yaşayan bir iddiaçı Qaradağ rayonundakı məktəbə direktor təyin olunacaqsa, burda hansı səmərəli idarəetmədən söhbət gedə bilər? Direktor məktəbə müəllimlərdən heç olmasa ən gec halda 15-20 dəqiqə tez gəlməli və o qədər də gec getməlidir.  Tıxacları da nəzərə alsaq, şəhərin bir başından digər başına 100 km-lərlə məsafəni qət edən direktorun vəziyyətini bir anlığa təsəvvür etməyə çalışaq…

 

Nə vaxta qədər biz çeşidləmə aparıb, yüksək bal toplayanları mərkəzdə saxlayacaq, nisbətən zəif göstəriciləri olanları ucqarlara göndərəcəyik? Məgər ucqalarda yaşayanlar bizim vətəndaşlar deyil? Əgər bu rəqabətyönlü yanaşmadırsa, rəqabətdə ögəy-doğmalıq olmaz. Ona görə də seçim zamanı reqional prinsiplər nəzərə alınmalıdır. Yaxşı regionun ən yaxşısının içərisindən seçilməlidir. Bu baxımdan hesab edirəm ki, seçim zamanı namizədlərin yalnız yaşadıqları ərazidə yerləşən təhsil müəssisələrinə rəhbər seçilməsi direktor təyinatı təcrübəsində ən uğurlu dəyişikliklərdən biri ola bilər. Bu, idarəetmənin daha mobil və səmərəli təşkil etməklə yanaşı, həm də təhsilin keyfiyyətinin nəzərəçarpacaq dərəcədə yüksəldilməsinə səbəb olar. Direktor hər şeydən əvvəl şəxsiyyət olmalıdır. Məktəbə tanınmış, nüfuzlu, liderlik missiyasını öz üzərinə götürə bilən bir şəxs rəhbərlik etməlidir. Loru dildə desək, məktəb direktoru nə də olmasa, tabeliyindəki kollektiv üzvlərindən “bir baş” yüksək olmalıdır…

 

Məktəbdə formalaşan iş mühiti təlim – tərbiyə sistemində dövlət standartlarının həyata keçirilməsi direktordan, onun peşəkarlığından asılıdır. Əbəs yerə deyil ki, “direktor” sözü latınca “idarəedici” sözündən götürülüb, “yönəldən”, “istiqamət verən” mənasını verir. Direktor ərazidə tanınmalı, ictimaiyyət tərəfindən qəbul edilməli, kollektivdə şəriksiz lider olmalıdır. “Çiyinlərində böyük məsuliyyət yükü daşıyan rəhbər işçinin uğurlu olması üçün nə lazımdır?”, “Məktəb direktoru hansı keyfiyyətlərə sahib olmalıdır?” – bu kimi suallara cavab axtarmaq heç vaxt gec deyil…”