Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-09-20 18:00:00
UNEC ilə AQTİ arasında anlaşma memorandumu imzalandı  

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) ilə Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) arasında Anlaşma Memorandumu imzalanıb.

 

AQTİ-dən bildirilib ki, Memorandumda elmi-tədqiqat işlərinin, müştərək layihələrin hazırlanması və həyata keçirilməsi, həmçinin yüksək ixtisaslı kadrların hazırlanması və təminatı sisteminin yaxşılaşdırılması, tələbə və mütəxəssislərin İnstitutda aparılan elmi-tədqiqat işləri və tədqiqat laboratoriyaları ilə tanış edilməsinin təşkili və digər istiqamətlərdə uzunmüddətli əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur.

 

Əməkdaşlıq çərçivəsində Universitetin bakalavr, magistr və doktorantura tələbələri AQTİ-nin elmi-tədqiqat işləri, təcrübə və könüllülük proqramlarına cəlb olunacaq.

 

Anlaşma Memorandumunun məqsədi qarşılıqlı faydalı əməkdaşlığı təşviq etmək və ikitərəfli əməkdaşlığı gücləndirməkdir.