Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-09-17 15:49:00
Yeni işə qəbul olunmuş gənc müəllimlərlə adaptasiya proqramı davam edir

Yeni tədris ilində işə qəbul olmuş gənc müəllimlərlə adaptasiya proqramı onlayn formatda davam etdirilir.

 

AzEdu.az xəbər verir  ki, adaptasiya proqramının məqsədi yeni işə qəbul olunmuş müəllimlərin iş mühitinə və tədris prosesinə rahat uyğunlaşmasına nail olmaqdan ibarətdir. Adaptasiya proqramı çərçivəsində Nazirliyin struktur bölmə rəhbərləri, yerli təhsili idarəetmə orqanlarının rəhbərləri, ümumi təhsil müəssisələrinin direktorları, psixoloqların iştirakı ilə görüşlərin keçirilməsi nəzərdə tutulur. Proqram cari ilin dekabr ayınadək davam edəcək.

 

Proqram çərçivəsində yerli təhsili idarəetmə orqanlarının rəhbərlərinin təqdimatında “Valideynlərlə əməkdaşlıq üsulları”, “Şagirdlərlə işin təşkili”, Nazirliyin struktur bölmə rəhbərlərinin təqdimatında “Öyrədici mühitin yaradılması”, “Uğurlu şagird-valideyn-məktəb tandeminin qurulması” mövzusunda təlimlər, həmçinin Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının koordinatorları ilə müəllimlərin görüşü, dərslik müəllifləri, qabaqcıl müəllimlərlə müzakirələr keçiriləcək.

 

Adaptasiya proqramında iştirak etmək istəyənlər Təhsil Nazirliyinin saytındakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər.