Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-09-15 12:39:00
Şagird nailiyyətlərinin qiymətləndirilməsi üzrə mütəxəssis vəzifəsinə müsabiqə elan edilir  

Təhsil İnstitutu şagird nailiyyətlərinin qiymətləndirilməsi üzrə mütəxəssis vəzifəsinə müsabiqə elan edir.

İnstitutdan bildirilib ki, müvafiq mütəxəssislər Şagird nailiyyətlərinin qiymətləndirilməsi şöbəsinin fəaliyyət istiqamətlərinə uyğun olaraq araşdırma aparır, əldə etdiyi nəticələrə və qabaqcıl beynəlxalq təcrübələrə əsasən təkliflər verir, tövsiyələr hazırlayır.

Tələblər:

-Təhsil sahəsində 3 ildən çox təcrübə;

-Təhsil siyasəti üzrə biliklər;

-Ümumi təhsil sistemində qiymətləndirmə konsepsiyası, məktəbdaxili qiymətləndirmə və şagird nailiyyətlərinin qiymətləndirilməsi üzrə biliklər;

-Analitik təfəkkür və problem həlletmə bacarığı;

-Müvafiq kompüter proqramları üzrə bilik və bacarıqlar;

-Azərbaycan və ingilis dillərində səlis şifahi və yazılı ünsiyyət bacarığı (rus dili arzu olunandır);

-Əməkdaşlıq və komandada işləmək bacarığı;

-Yeniliyə və peşəkar inkişafa açıq;

-Təhsil sahəsində işləmək həvəsi.

Müsabiqədə iştirak etmək arzusunda olan və sadalanmış tələblərə uyğun gələn şəxslərdən sentyabrın 30-dək CV-ni [email protected] elektron poçt ünvanına “Şagird nailiyyətlərinin qiymətləndirilməsi üzrə mütəxəssis” başlığı altında göndərmələri xahiş olunur.

Tələblərə cavab verən şəxslər müsahibəyə dəvət olunacaq.