Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-09-13 16:47:00
Müəllimlik fəaliyyətində uğur əldə etmək istəyirsinizsə BUNLARI edin

Təhsil prosesinin əsas qəhrəmanı  müəllimdir. Müəllim peşəsinin mahiyyəti və müqəddəsliyinə görə hər zaman cəmiyyətdə xüsusi yer tutub, cəmiyyətin seçilmiş insanları hesab olunub.Yaxşı müəllim işinə məsuliyyəti, sənətinə , şagirdlərinə olan sevgisi ilə seçilir. 

 

Müəllimllik fəaliyyətində uğur əldə etmək istəyirsinizsə aşağıdakılara diqqət edin

 

AzEdu.az təqdim edir

 

Düzgün zaman bölgüsü

 

Mövzu izah edildiyində həll olunacaq məsələlərin sxemlərini əzbərdən qurmalıdır . Bu müəllimin  mövzuya hakim olduğunuzu göstərir. Bununla, həm zaman itqənaət edəcəksiniz, həm də şagirdin etimadını qazanmış olacaqsınız.

 

Bədən dilindən istifadə 

 

Dərsi izah edən zaman "bədən dilimiz" də danışmalıdır. Müəllim sinifdə dərsi izah edərkən şagirdlərin diqqətini cəlb etməli, jest və mimikalardan düzgün istifadə etməyə çalışmalıdır. Təbii ki, "bədən dilimiz"dən istifadə etdiyimizdə süni deyil, edəcəyimiz hər bir hərəkət təbii olmalıdır. "Bədən dili" ilə ruhumuz və bədənimiz, sanki çayın içindəki şəkər kimi əriməli, birləşməlidir;

 

 

Səhvini qəbul ətmək

 

Müəllim dərsi izah edərkən  mexaniki olaraq səhv etmiş ola bilər. Şagirdlər ona  xəbərdarlıq etdikdə, səhvinizdə inadkarlıq göstərmədən: "Yoldaşınızı təbrik edirəm", - deyərək səhvinizi düzəltməlisiniz.

 

 

Dərsi  suallar əsasında qurmaq

 

Müəllim hər bir şagirdə  çəkinmədən suallar vermək rahatlığı  yaratmalıdır. İzah edilən mövzular sual-cavab vasitəsi ilə möhkəmləndirilməlidir. Bundan əlavə  başa sala bildimmi?" - deyə sinfə müraciət edib şagirdləri dərsə istiqamətləndirə bilərsiniz . Dərs izah edərkən mütləq şagirdlərə yaxın olunmalı,  kürsüyə və ya lövhəyə yapışıb qalınmamalıdır

 

Dəcəl uşaqlarla düzgün ünsiyyət 

 

Bəzi uşaqlar mövcud öyrənmə və qavrama çatışmamazlıqlarını sinifdə dəcəllik edərək, daimi döyüş və narahatlıq vəziyyəti yaradaraq  yatırmağa çalışırlar.Hər şeydən əvvəl problem yaşayan və yaşadan şagirdlərlə sinif içərisində deyil, fərdi olaraq iş aparılmalıdır. Onları  yoldaşlarının içərisində danlamaq, həm özünə inamlarını sarsıdır. 

 

Qeyd edək ki, Əslində, pis müəllim, pis şagird  yoxdur. Müəllim və şagird  arasında yaxşı və ya pis münasibət var. Ancaq yaxşı və ya pis münasibət qurmaq şagirdin deyil, müəllimin məsuliyyətindədir.

 

L.Tolstoy dediyi kimi

” Əmüəllim yalnısevirsə, o, yaxşı müəllim olacaq. Əgər müəllim peşəsinə və şagirdə olan məhəbbətini özündə birləşdirirsə, o, kamil müəllimdir.”

 

 

Gülcahan Məmmədova