Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-26 21:05:00
Məcburi köçkün məktəblərinin şagirdləri üçün müsabiqə

Məcburi köçkün məktəblərinin şagirdləri arasında intellektual müsabiqə keçirilib. AzEdu.az xəbər verir ki, müsabiqə “Azərbaycan Milli Avtomobil Klubu” İctimai Birliyinin Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə icra etdiyi “İntellektual oyun-müsabiqə vasitəsilə məcburi köçkün məktəblərində yol təhlükəsizliyinin profilaktikası” layihəsi çərçivəsində keçirilib. “Yol təhlükəsizliyi” mövzusunda intellektual müsabiqə Binəqədi Gənclər Evində Ağdam, Cəbrayıl, Füzuli, Xocavənd, Xocalı, Kəlbəcər, Qubadlı, Laçın, Şuşa və Zəngilan rayonlarını təmsil edən məktəblərin şagirdləri arasında keçirilib.

Tədbirdə Şuranın, Daxili İşlər Nazirliyinin müvafiq idarələrinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Binəqədi rayon gənclər və idman idarəsinin, “Həyat” Humanitar Dəstək İctimai Birliyinin nümayəndələri, məcburi köçkün məktəblərinin direktorları, valideynlər və məktəblilər iştirak ediblər.

Komandalar müsabiqədə yol təhlükəsizliyi məsələləri ilə bağlı 50 sualdan ibarət test kitabçalarını cavablandırıblar.

Sonda qalib komandaların üzvləri mükafatlandırılıblar.