Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-09-09 13:15:00
UNEC rektoru İqtisadiyyat Nazirliyi yanında İctimai Şuranın SƏDRİ seçildi

 

Azərbaycan  Dövlət  İqtisad  Universitetinin rektoru  Ədalət  Muradov  Azərbaycan  Respublikası  İqtisadiyyat  Nazirliyi  yanında  İctimai Şuranın  sədri  seçilib.

 

AzEdu.az  xəbər  verir  ki, rektor  bu  barədə  sosial  şəbəkə  hesabında  məlumat  verib.

 

Rektorun  paylaşımını  təqdim  edirik:

 

“Bu gün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında İctimai Şuranın ilk iclası keçirildi və bu iclasda mən İctimai Şuranın Sədri seçildim. Mənə etimad göstərən Şuranın hər bir üzvünə təşəkkür edirəm. Eləcə də, hörmətli Zakir müəllim Nuriyevi İctimai Şuranın Sədr müavini, hörətli Fərhad müəllim Qaraşovu İctimai Şuranın katibi seçilməsi münasibətilə təbrik edirəm.

Uğurlar!”