Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-09-08 15:49:00
Gürcüstanda birinci sinif şagirdləri üçün yeni dərs ili oktyabrın 4-də başlayacaq  

Gürcüstan məktəblərində birinci siniflərin ilk dərs günü sentyabrın 15-də deyil, oktyabrın 4-də əyani formatda başlayacaq.

 

AzEdu.az  xəbər verir ki, bu barədə Gürcüstanın Təhsil və Elm Nazirliyi məlumat yayıb. Məlumatda bildirilir ki, bu qərar yalnız tədrisin başlayacağı dövrdə yoluxma nisbətinin 4 faizdən aşağı olacaq şəhər və kəndlərə şamil ediləcək.

 

“Bu qərar, birinci sinif şagirdlərinin ilk məktəb təcrübəsinin sinif yoldaşlarının və müəllimlərin əhatəsində sinif mühitində aparılması lazım olan pedaqoji rəyə əsaslanır”, - deyə nazirlikdən bildirilib.

 

Azərtac