Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-09-03 17:25:00
 Vakant yerlərlə bağlı statistika, müsahibədən imtina edən namizədlər – Direktordan faktlar

 

“Builki  vakansiya  seçiminə 8 minə yaxın vakant yer çıxarılmışdı.  Bu  vakant  yerlər  üçün 30 və daha çox bal toplayan namizədlər arasında seçim aparıldı”.

 

AzEdu.az  xəbər  verir  ki, bunu  İnsan  Resursları  Mərkəzinin  direktoru  Nurlan İsmayılbəyli  MİQ  üzrə  müsabiqənin  sonlarına  dair  keçirilən  canlı  yayımda  deyib.

 

Direktor namizədlərin vakant yerlərə yerləşdirilməsindən danışıb:

 

“Bu namizədlərdən  4 min 793 nəfər vakansiyalara  yerləşdirilib. 4 min 505  namizəd isə yerləşdiikləri  vakant yerlər  üzrə  təşkil  olunmuş  müsahibədə  iştirak  etdilər. Bu  olduqca  yüksək  rəqəmdir. Yalnız  200-dən  çox  namizəd  müsahibələrə  gəlməkdən  imtina  etdi. Müsahibə  mərhələsindən  öncə  bir namizədlərin sənədlərini  təkrar  yoxlayırıq. Bu  sənədlərin  yoxlanılması  zamanı  namizədlərin 4 min 24  nəfərinə  müsahibələrdə  iştirak imkanı  yaradıldı”.