Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-09-02 10:23:00
Azərbaycanda daha bir universitet müəllimi koronavirusdan vəfat edib

Azərbaycan Dövlət Neft Akademiyasının (ADNSU) Neft-qaz geologiyası kafedrasının dosenti Nəriman Nərimanov dünyasını dəyişib.

 

AzEdu.az xəbər verir ki, o, 82 yaşında koronavirusdan vəfat edib.

 

Nəriman Nərimanov neft-qaz yığımlarının axtarışı, struktur-tektonik quruluşu, geodinamik rejimi, kristallik bünövrənin neft-qaz perspektivliyi, süxurların petrofiziki xüsusiyyətləri istiqamətində elmi tədqiqatlar aparıb.

 

O, 93 məqalə, 18 tezis, 2 dərslik, 9 metodik göstərişin müəllifi olub.