Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-09-01 16:12:00
ADNSU-da doktoranturaya qəbul imtahanı keçirilib-FOTO  

Sentyabrın 1-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) fəlsəfə doktoru və elmlər doktoru proqramı üzrə xarici dil imtahanını müvəffəqiyyətlə vermiş iddiaçılar üçün qəbul imtahanı keçirilib.

 

AzEdu.az xəbər verir ki, Fəlsəfə fənni üzrə keçirilən imtahanda ADNSU-dan 50 nəfər namizəd iştirak edib. İmtahan prosesində iştirak edən ADNSU-nun rektoru, professor Mustafa Babanlı namizdələrə koronavirus pandemiyası ilə mübarizədə diqqətli və məsuliyyətli olmağı tövsiyə edərək, namizədlərə imtahanda müvəffəqiyyətlər arzulayıb.

 

Qeyd edək ki, 3 gün davam edəcək fəlsəfə imtahanında Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən, ADNSU ilə yanaşı, 5 ali təhsil müəssisəsindən - Azərbaycan Texniki Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Sumqayıt Dövlət Universiteti və Bakı Mühəndislik Universitetindən namizədlər iştirak edəcəklər. İxtisas üzrə imtahanlar isə 9-10 sentyabr tarixlərində keçiriləcək.

 

Koronavirus pandemiyası ilə əlaqədar karantin rejiminin tələblərinə uyğun və eyni zamanda şəffaf şəraitdə keçirilən imtahan 8 nəfərdən ibarət komissiya tərəfindən qiymətləndirilib. COVİD-19-la əlaqədar olaraq imtahandan öncə qabaqlayıcı dezinfeksiya tədbirləri həyata keçirilib. Xəstəliyin yayılmasının qarşısının alınması məqsədi ilə müəyyən edilmiş bütün zəruri göstərişlər nəzərə alınaraq imtahan prosesi baş tutub. Tibbi maskalardan, dezinfeksiya məhlullarından istifadə edilib və iştirakçılar arasında sosial məsafə gözlənilib.

 

Qeyd edək ki, fəlsəfə fənnindən doktoranturaya qəbul imtahanı növbəti günlər –sentyabrın 2-də və 3-də keçiriləcək. Təhsil Nazirliyinin müvafiq əmrinə uyğun olaraq bu dəfə Azərbaycan Dövlət İqtisad Universiteti, Sumqayıt Dövlət Universitetində və Bakı Mühəndislik Universitetindən qeydə alınmış və doktoranturaya qəbul imtahanında birinci mərhələdən uğurla keçmiş (Xarici dildən 25-dən yuxarı bal toplayan) 68 namizəd fəlsəfə fənnindən imtahan verəcək.