Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-09-01 11:37:00
“Universitetlərimizdə yeni ixtisaslar yaradılarkən maddiyyat əsas götürülür”-Təhsil eksperti çıxış yolunu göstərdi

“ İnkişaf etmiş ölkələrdə yeni ixtisaslar yaradılarkən yerli və dünya əmək bazarı araşdırılır, gələcək 20-30 il nəzərə alınaraq onlar müəyyən edilir. Ancaq təəssüf ki, Azərbaycan universitetlərinə bunu şamil etmək olmur”. 

Bu fikirləri AzEdu.az-a açıqlamasında təhsil eksperti Adil Vəliyev söyləyib. O universitet rəhbərlərinə də səsləndi:

“İxtisaslarımızı nəzərdən keçirdikdə yerli və beynəlxalq əmək bazarını deyil, sanki tələbələrə sadəcə maddiyyat tərəfdən yanaşıldığı görülür.Universitetlərdə karyera mərkəzləri olsa da təəssüf ki, heç birinin fəaliyyəti ürəkaçan deyil.Sadəcə rəsmi sənədlərdə müqavilələr bağlanır və hesabatlarını təqdim etdikdə faiz üzərindən verdikləri statistika göstərilir.Universitetlərimizdə kifayət qədər əmək bazarına uyğun olmayan ixtisaslar var. Bu ixtisasları yeni, perspektivli olanlarla əvəz etmək bizim bir neçə ilimizi ala bilər, çünki yeni ixtisaslar üçün yeni mütəxəssislər, müəllimlər dəvət olunmalıdır. Bunun üçün də universitetlər sözün həqiqi mənasında təhsil üçün də büdcədən pul ayırmalıdır.Tələbələri ilə müəyyən qarşılıqlı müqavilə bağlayaraq onların xaricdə təhsil xərclərini qarşılamalı, daha sonra universitetdə işlə təmin edərək gələcək nəsilə də beləliklə töhvə verməlidir. Gələcək 10-20 ilin ixtisaslarından bəzilərini  diqqətinizə çatdırıram: robotexnika, süni intellekt, kiber təhlükəsizlik, proqramlaşdırma, dijital marketinq, data analitikası .Ümid edirəm ki, bu kimi yeniliklər ölkəmizin təhsil sistemində tezliklə tətbiq olunar və məzun olduqda əldə olunan diplom istiqaməti üzrə istifadə edilər.

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları